02 may 2022 20:53
781

Xayme Romero: Bunu yenə etdim, yenə qayıtdım

“Qarabağ”ın futbolçusu Xayme Romero "İnstaqram" hesabında yeni paylaşım edib.

“İki sahil” xəbər verir ki, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənardan qalan ispan futbolçu yenidən qayıdışı ilə bağlı yazıb: “Bu fotonun arxasında 7 aylıq zəhmət və əziyyət dayanıb. Bunu yenə etdim, yenə qayıtdım”.

Qeyd edək ki, Xayme ötən ilin sentyabrında, Konfrans Liqasının 1-ci turunun “Bazel”lə görüşdə zədələnmişdi. O, Azərbaycan kubokunun yarımfinalında aprelin 29-u keçirilən "Qəbələ" ilə cavab görüşündə (5:0) 2-ci hissədə oyuna daxil olaraq yenidən yaşıl meydanlara qayıtmışdı.