"Atletiko"nun futbolçuları La Liqanın 35-ci turunda "Real"la matçdan əvvəl rəqib üçün çempionluq dəhlizi təşkil etmək istəmirlər.
“İki sahil” xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Bildirilir ki, oyunçuların qərarını yalnız klub rəhbərliyinin tələbi dəyişə bilər. Bununla belə, rəhbərlik azarkeşlərin mövqeyini də nəzərə alır. Çünki fanatlar da komandalarının prinsipial rəqibi üçün çempionluq dəhlizi təşkil etməyi istəmirlər.
Qeyd edək ki, "Real" aprelin 30-da "Espanyol"a qalib gələrək (4:0) xallarının sayını 81-ə çatdırıb və çempionluğu rəsmiləşdirib. "Atletiko" - "Real " matçı isə mayın 8-də "Vanda Metropolitano" stadionunda keçiriləcək. "Real" həmin görüşdə mükafatlandırılacaq.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib