Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya" Çexiya 2-ci divizionunu tərk edir.
“İki sahil” xəbər verir ki, Jijkov təmsilçidi son turda səfərdə "Jihlava" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Nəbiyevin adı oyununun iştirak ərizəsinə daxil edilməyib.
"Viktoriya" hazırda 14 xalla 16 komanda arasında turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komandanın mövsümün sonunda aşağı liqaya düşəcəyi artıq dəqiqləşib.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib