02 may 2022 16:03
1181

Məhəmməd Əlinin nəvəsi rəqibini ilk raundda nokauta saldı

Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Niko Uolş növbəti döyüşünü keçirib.

“İki sahil” xəbər verir ki, 22 yaşlı amerikalı boksçu həmyerlisi Alexandro İbarra ilə üz-üzə gəlib. Uolş elə ilk raundda rəqibini nokauta salıb.

Qeyd edək ki, Uolş peşəkar karyerasında 5 döyüş keçirib və məğlubiyyətlə üzləşməyib. O, bu döyüşlərdən 4-də nokautla qalib gəlib.