İspaniyanın "Barselona" klubunun futbolçusu Xordi Alba yeni rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, 33 yaşlı oyunçu buna "Malyorka"ya 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın XXXIV tur oyununda nail olub.
Komandasının ilk qolunda məhsuldar ötürmə ilə yadda qalan təcrübəli müdafiəçi cari mövsüm 9-cu assistini edib. Bu, son 10 ildə Kataloniya təmsilçisinin arxa xətt oyunçuları üçün rekord göstəricidir.
"Barselona" tarixində bir mövsümdə daha çox məhsuldar ötürmə verən müdafiəçi isə Daniel Alveşdir. Braziliyalı futbolçu 2011/2012 mövsümündə 11 dəfə buna müvəffəq olub.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib