"Liverpul" futbolçusu Ceyms Milnerə yeni müqavilə təklif edib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. "Mersisaydlılar" baş məşqçi Yurgen Kloppun istəyi ilə 36 yaşlı yarımmüdafiəçiyə 1 illik sözləşmə təklif ediblər. Bildirilir ki, tərəflər razılıq əldə etməyə yaxındırlar. Milnerin hazırkı müqaviləsi isə bu yay başa çatacaq.
Klubun digər futbolçusu Məhəmməd Salahın gələcəyi isə qeyri-müəyyən olaraq qalır. O, hələ ki, "Liverpul"a yeni müqavilə imzalamaq istədiyini bildirməyib. Salhı İspaniyada və ya Fransada oynamaq fürsətləri cəlb edir. 29 yaşlı hücumçunun "Liverpul"la hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Milner bu mövsüm bütün turnirlərdə 35 oyunda 3 qolun ötürməsini verib. Salah isə 45 matçda 30 qol vurub və 14 qolun ötürməsini verib.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib