02 may 2022 13:05
1092

Nazarov: Kişilərin ağladığını görmək inanılmazdır

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" 2-ci Bundesliqanı tərk edib.

“İki sahil” xəbər verir ki, Aue təmsilçisi 32-ci turda “Darmştadt”a 0:6 hesabı ilə məğlub olub. Bununla da komandanın 3-cü liqaya yuvarlanacağı dəqiqləşib.

Böyükhesablı məğlubiyyətdən sonra Nazarov Almaniya mətbuatına açıqlamasında göstərdikləri oyunun bundan artığına layiq olmadığını deyib: “Bu, bizi çox incidir. Mənim ilk enişimdir. Amma buna tam layiqik. 32 oyunda 23 xal toplayırsınızsa, aşağı liqaya düşməyə layiqsiniz. Yetkin kişilərin ağladığını görmək inanılmazdır”.

Qeyd edək ki, "Ertsgebirge" sona 2 tur qalmış 18 komanda arasında 17-ci pillədə qərarlaşıb və “İnqolştadt”la birlikdə aşağı liqaya yuvarlanıb.