01 may 2022 17:26
979

Millimizin oyunçusu Cənubi Koreya klubunda oynaya bilər

Qadın voleybolçular arasında Cənubi Koreya çempionatının yeni mövsümü ərəfəsində draftın birinci mərhələsi başa çatıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova da seçilən oyunçular arasında yer alıb.

O, dördüncü seçim haqqına malik “Altos”un transfer siyahısına düşüb. Otuz üç yaşlı milliləşən legioner hazırda Qazaxıstanın “Jetisu” klubunun formasını geyinir.

Qeyd edək ki, voleybolçu 2012-ci ildən yığmamızın şərəfini qoruyur.