01 may 2022 02:49
969

“Napoli”dən darmadağın

İtaliya A seriyasında 35-ci tura start verilib.

İlk oyun günündə dörd qarşılaşma keçirilib.

“Sampdoriya” doğma meydanda “Cenoa”ya tək qolla qalib gəlib. “Kalyari” evdə “Verona”ya, “Spetsiya” isə “Latsio”ya məğlub olub. “Napoli” öz meydanında “Sassuolo”nu darmadağın edib.

İtaliya A Seriyası

35-ci tur

30 aprel

"Kalyari" 1–2 "Verona"
Qollar: J.Pedro, 57 – Barak, 8. Kaprari, 44.

"Napoli" 6–1 "Sassuolo"
Qolkar: Kulibali, 7. Osimhen, 15. Lozano, 19. Mertens, 21; 54. Rrahmani, 80 – M.Lopes, 87.

"Sampdoriya" 1–0 "Cenoa"
Qol: Sabiri, 25.

"Spetsiya" 3–4 "Latsio"
Qollar: Amian, 9. Aqudelo, 35. Hristov, 56 – İmmobile, 33-pen. Provedel, 54-öz qapısına. Milinkoviç-Saviç, 68. Açerbi, 90.

Tunir cədvəlinə 74 xalla "Milan" başçılıq edir. "İnter" 72 xalla 2-ci, "Napoli" 70 xalla 3-cüdür.

Qol.az