01 may 2022 00:40
928

"Trabzonspor" Türkiyə çempionu olub

Futbol üzrə Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub.

"İki sahil" xəbər verir ki, tur çərçivəsində "Trabzonspor" öz meydanında "Antalyaspor" ilə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb. Meydan sahibləri lazım olan bir xalı təmin edərək Türkiyə çempionluğunu qazana biliblər.

Turnir cədvəlində 77 xala sahib olan bordo-mavililər 38 ildən sonra çempion olublar.

Qollar: Kornelius, 3, Dorukhan, 62, Ndao, 51, Rayt 80.