01 may 2022 00:10
1149

Premyer Liqanı tərk edəcək ilk klub

İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

"İki sahil" xəbər verir ki, "Norviç" ölkə çempionatının 35-cu turunda "Aston Villa"ya 0:2 hesabı ilə uduzaraq yüksək liqada qalmaq şanslarını itirib. 

21 xalla sonuncu - 20-ci pillədə olan "Norviç" son üç mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edəcək.