30 aprel 2022 20:02
734

AÇ: Cüdoçumuz çempion olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finalda italiyalı cüdoçu Covanni Espositonu məğlub edərək Avropa çempionu olub.

"İki sahil" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, digər idmançımız Rüstəm Orucov isə rumıniyalı Adrian Sulkaya qalib gələrək bürünc medala yiyələnib.