Şuşa rayon Uşaq Gənclər İdman - Şahmat məktəbinin futbolçuları,məşqçi heyəti və Şuşa rayon 6 nömrəli tam orta məktəbin şagird kollektivi "Qarabağ" futbol klubunun qonağı olub.
“İki sahil” xəbər verir ki, görüşdə Şuşa rayon 6 nömrəli tam orta məktəbin şagirdləri- şəhid övladı Sadiq Cəlal oğlu Ağayev və qazi övladı Mövlan Mövsüm oğlu İsgəndərli də var iştirak edib.
Bütün komanda heyəti və Qurban Qurbanov qonaqlara xüsusi diqqət və qayğı ilə yanaşıblar.
Qurban Qurbanovun və bütün futbolçuların imzaladığı futbol topu şəhid övladı Sadiqə hədiyyə edilib.