19 mart 2022 21:08
651

“Qarabağ” “Zirə”ni darmadağın etdi

Azərbaycan Premyer Liqasının 20-ci turunun son matçında “Zirə” “Qarabağ”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmanın  10-cu dəqiqəsində fərqlənən Ramil Şeydayev ağdamlıları hesabda önə çıxarıb.

Matçın 46-cı dəqiqəsində Təmkin xəlilzadə ilə mübarizədə yerdə qalan Abbas Hüseynov komandasına penalti qazandırıb. 70-ci dəqiqədə “Zirə”nin qapıcısı Mehdi Cənnətov Kadi Borqesin penalti zərbəsini dəf etsə də K. Borqes təkrar zərbə ilə fərqi 2 topa çatdırıb. 64-cü dəqiqədə dubl edən Kadi Borqes komandasının 3-cü qolunu vurub – (0-3).

Qarşılaşma bu hesabla da başa çatıb.

Azərbaycan Premyer Liqası

20-ci tur

19 mart (şənbə)

19:00. “Zirə” 0–3 “Qarabağ”

Qollar: Ramil Şeydayev, 10 (0-1), Kadi Borqes, 47 (0-2), Kadi Borqes, 64, (0-3)

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə

Zirə İdman Kompleksinin stadionu