18 mart 2022 21:35
670

Astara məktəblisinin uğuru

Son zamanlarda Astara məktəbliləri idmana böyük maraq göstərirlər.  Bu da onunla bağlıdır ki, rayon idmançıları artıq  qazandığı uğurların hesabına respublikada yaxşı tanınırlar. Astara camaatı da öz idmançılarının  hər bir qələbəsinə ürəkdən sevinirlər.

Bildiyimiz  kimi, Bakıda Boks Fedrasiyasının  idman zalında  boks üzrə yeniyetmələr arasında  Azərbaycan  birinciliyi  baş tutub. Astara rayonu, Təngərüd  kənd orta məktəbinin şagirdi Bilalhəbəşi Nəzərov da bu turnirdə  iştirak edib. Astaralı boksçu  44 kiloqram çəki dərəcəsində  bütün rəqiblərinə  qalib gələrək turnirin birincisi olubdur. 

Yüksək nəticəyə görə  o, qızıl medal və diplomla təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü