18 mart 2022 15:18
440

Çempionlar Liqasında mövsümün son püşkatması keçirilib

Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda dörd cütü müəyyənləşdirib. 1/4 final mərhələsinin ilk matçları aprelin 5-6-da, cavab görüşləri 12-13-də keçiriləcək.

Çempionlar Liqası
1/4 final
1. “Çelsi” (İngiltərə) - “Real” (İspaniya)
2. “Mançester Siti” (İngiltərə) - “Atletiko” (İspaniya)
3. “Vilyarreal” (İspaniya) - “Bavariya” (Almaniya)
4. “Benfika” (Portuqaliya) - “Liverpul” (İngiltərə)