18 mart 2022 14:43
649

Region Liqasının “Şahdağ” komandası yarışdan xaric olunub

"Şahdağ" futbol komandası Region Liqasından kənarlaşdırılıb.

“İki sahil” xəbər verir ki, buna Quba təmsilçisinin çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlməməsi səbəb olub.

"Şahdağ" Region Liqası oyunlarının 50%-ni keçirdiyi üçün qalan matçlarda komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.