18 mart 2022 13:23
527

Biz belə federasiya tanımırıq - Nazir

"Kollegiya qərarı ilə bu federasiyanın statusu ləğv olunub, biz belə bir qurum tanımırıq".

“İki sahil” xəbər verir ki,  bunu gənclər və idman naziri Fərid Qayıbov Otüstü Xokkey Federasiyasının ləğvi barədə danışarkən deyib.

O bildirib ki, növbəti federasiya yaranarsa, müvafiq sənədlər icra orqanlarından keçdikdən sonra attestasiyaya baxıla bilər: "Fedeasiyalar ictimai birliklərdir və onların fəaliyyəti müstəqildir. Sadəcə, nazirlik olaraq onlarla mütəmadi görüşür, idman siyasətimiz, hansı istiqamətdə bərabər çalışacağımız haqqında məlumat veririk".