16 mart 2022 17:49
692

Azərbaycan millisi Malta ilə 2 oyun keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

“İki sahil” xəbər verir ki, yığmamız martın 21-dən 23-dək Bakıda, 23-dən 29-dək isə Maltada hazırlıq keçəcək.

Komandamız toplanış çərçivəsində martın 23-də və 28-də Maltadan olan yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Təlim-məşq toplanışına 23 futbolçu qatılacaq.