16 mart 2022 16:36
636

Futbol veteranı 87 yaşında vəfat etdi

Azərbaycan futbol ictimaiyyətində itki üz verib.

“İki sahil” xəbər verir ki,  futbol veteranı Tofiq Fətullayev 87 yaşında vəfat edib.

O, AFFA İntizam Komitəsinin sədri vəzifəsindən 2020-ci ildə istefa verib. Fətullayev futbolçu kimi "Neftçi", "Neft daşları" və "Dinamo" klublarının formasını geyinib.

Allah rəhmət eləsin!