16 mart 2022 19:24
706

Respublika çempionatında lənkəranlı idmançıların uğurları  

Artıq cənub mirvarisi  Lənkəranda  idmana  olan qayğı tam şəkildə  özünü  göstərir.  Rayonun idmançıları istər respublika, istərsə Avropa və Dünya  çempionatlarında qazandığı qələbələrlə yadda qalırlar.

Elə buna bu yaxınlarda Bolqarıstanın Plovdiv şəhərində  23 yaşlı  güləşçilərin  arasında  Avropa çempionatında  lənkəranlı idmançı Xasay Həsənli  yunan-roma güləşi  üzrə fəxri kürsünün  birinci  pilləsinə  qalxması  gözəl nümunədir.

Bu günlərdə  isə  Ağır Atletika  üzrə Respublika Çempionatında  Lənkəranın iki tələbə idmançısı doğma şəhərinə  üzüağ, böyük sevinclə qayıtmışlar.  Çempionatda  yüksək nailiyyətə imza atan,  idmanın Ağır Atletika novunda artıq yaxşı  tanınan  Tofiq  Qurbanov və Yusib  Rüstəmovdur.  Tofiq çempionatda  ikinci,  Yusub isə üçüncü  yerlərə layiq görülüblər.  Hər  iki qalibə diplom təqdim edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü