16 mart 2022 13:31
459

“Nou Kamp”ın adının dəyişdiriləcəyi təsdiqləndi

"Barselona" və "Spotify" şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Anlaşma iyuldan etibarən qüvvəyə minəcək və 4 il davam edəcək. 

Müqaviləyə əsasən, növbəti mövsümdən "Barselona"nın stadionu "Nou Kamp" "Spotify Nou Kamp” adlandırılacaq. 

Qeyd edək ki, 1957-ci ildə tikilən “Nou Kamp” 99 min 354 tamaşaçı tutumuna malikdir.