15 mart 2022 19:57
579

UEFA-nın Rusiya komandalarına qoyduğu qadağa qüvvədə qaldı

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Rusiya komandalarına qoyduğu qadağanı qüvvədə saxlayıb.

“İki sahil” xəbər verir ki,  sözügedən ölkəni təmsil edən yığmalar və klublar Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.

Bildirilib ki, bu, ilkin qərardır və tam dinləmə yaxın həftələrdə keçiriləcək.

Qeyd edək ki, UEFA ilə yanaşı, FIFA da Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.