14 mart 2022 14:53
632

Azərbaycan Yüksək Liqasında III dövrənin vaxtı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə martın 15-də start veriləcək.

Federasiyanın Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, həmin gün XI turda “Ekspress” – “Neftçi” və “Murov” - “Sərhədçi” matçları keçiriləcək. Görüşlər müvafiq olaraq, saat 16:00-da və saat 18:00-da start götürəcək.

Martın 18-də isə XII turun oyunları baş tutacaq. Meydana ilk olaraq saat 15:00-da MOİK və “Neftçi” komandaları çıxacaqlar. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - “Ekspress” duelinə start veriləcək.

Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.