14 mart 2022 14:33
628

Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın "Herta" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Feliks Maqat çalışdıracaq. Almaniyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə Tayfun Korkutu əvəzləyib.

Qeyd edək ki, Maqat 5 ildir işsizdir. O, son iş yeri olan Çinin "Şandun Tayşan" klubundan 2017-ci ildə ayrılıb.