"Bəzən insan hiddətlə sevər, ölümünə sevər, yaşadığı pis hadisələr sevgisini azaltmaz " bu sözləri sənətçi Bergen qardaşı oğluna demişdi. Əsl adı Belgin Sarılmışer olan Bergen 1960-cı il iyulun 16-da Mersində anadan olub. Valideynləri boşandıqdan sonra 1966-cı ildə anası Sebahat Çakırla Ankaraya köçür. Yenimahalle Yunus Emre İbtidai məktəbindən sonra Ankara Dövlət Konservatoriyasının Piano bölümünə daxil olur, lakin maddi vəziyyətinə görə oradan ayrılaraq bir müddət PTT-də çalışır.
Məktəbi atıb , səhnəyə çıxmağa qərar verən Bergenin yaşını böyüdürlər. İndi ona səhnə adı tapmaq lazım idi . Qəzetdə Norveçin Bergen şəhərindən bəhs edən bir məqalə görüb sevinir , axtardığını artıq tapmışdı. 1979-cu ildə dostları ilə əylənmək üçün getdiyi Feyman Gecə Klubunda səhnəyə çıxdıqdan sonra çalışması üçün aldığı təklifi qəbul edir. Beləliklə taleyinin qanlı səhifəsi yazılmağa başlayır. O, Feyman Gecə Klubunda Qrup Lokomotiv Orkestri ilə səhnəyə türk klassik musiqisi repertuarları və dövrün dəbi olan aranjimanlarla çıxış edir.
Nə oldusa, Adanada oldu. “Kömür gözlü adam” hər gecə köşkdə onun qarşısında dayanıb gözünü ondan çəkmədən izləyir, yorulmadan hər gecə kulisə gül göndərirdi... Adı Halis idi. İndi az qala ağlayacaqmış kimi görünən adam həyatının kabusu və təbii ki, böyük sevgisi olacaqdı. Bergen gülləri onun başına çırpırdı. Halis qüruruna yedirə bilmədiyi üçün uzun müddət köşkə gəlmədi amma çiçək göndərməyə davam etdi. "Əgər məni tanısan, sevəcəksən" deyə yazırdı kartların birində. Həmin gecə Bergen ilk dəfə buketi atmadı, saxladı. Bergenin kreditə aldığı , hissə-hissə ödənişini etdiyi maşını yanıb kül olur. Halis yanğını söndürməyə çalışarkən “kədərlənmə, sənə yenisini alaram...” deyir. Həmin gün Bergen Halisə aşiq olur.. Maşını atəşə verənin Halisin elə özü olduğunu sonradan öyrənir. O, bunu ona yeni maşın alaraq şirnikləndirmək üçün etmişdi. Böyük sevgi bunun da öhdəsindən gəldi, evləndilər...
Bergen evliliyi boyunca şiddətə məruz qalır. Bu azmış kimi, zaman-zaman evə gəlməyən Halisin evli olduğunu öyrənir. Nikah məmuru, şahidlər, hər şey yalan idi. 1982-ci ildə “Atlas Records”dan “Şikayətim var” adlı ilk uzun pyesini buraxır. Sənətdə karyerası davam edərkən ərinin zorakılığına dözməyən Bergen dəfələrlə ərindən qaçır. 1982-ci ilin oktyabrında İzmirdə işləyərkən ərinin sifarişi ilə üzü sirkə turşusu ilə yandırılır. Bu hücumda bir gözünü itirən və bədəninin böyük bir hissəsi yanan Bergeni müalicədən sonra Cengiz Özşeker razı salaraq səhnəyə çıxarır. Bütün qəzetlər Bergenin kədərli hekayəsindən yazır. Halis həbsxanaya, Bergen isə İstanbul səhnələrinə çıxır. Bir müddət görüşmürlər. Bu belə onların sevgisini bitirmir. Bergen Halisin yanına ziyarətə gedir, ona pul aparırdı.
Onun şöhrəti artıq Türkiyənin hüdudlarından kənara çıxmışdı . O, xaricə qastrol səfərlərinə gedir və çıxış etdiyi yerdə izdiham yaşanırdı. Bülent Ersoy, İbrahim Tatlısəslə eyni səhnədə idi. Halislə yenə görüşürlər. Heç nə dəyişməmişdi. Kişi qısqanc, qadın isə inadkar idi. Boşandılar. 1985-ci ilə qədər Özşekerə məxsus olan İzmir Almaz Köşkündə səhnəyə çıxan sənətçi müdiri ilə birlikdə "Kardeşiz Kader" adlı bir demo kaset hazırlayıb Yaşar Kekevaya göndərir. Bergeni bəyənən Kekeva sənətçini İstanbula dəvət edir. 1986-cı ilin sonlarına doğru hazırladığı "Acıların kadını" adlə mahnı ilə şöhrətə qovuşur. Böyük maraqla qarşılanan albomun tanıtım turlarına başlayan sənətçi 1989-cu il avqustun 14-dən 15-nə keçən gecə keçmiş həyat yoldaşı tərəfindən Adana Pozantıda güllələnir. O, məmləkəti Mersində dəfn olunub. Sevgi öldürmür, yaşadır. Unutmayın. Şiddəti romantiz adı altında sevgi kimi qəbul etməyin. Sevgi insana qanad verir, qanadını qırmır. Sizə qanad olan, xoşbəxt edən insanı sevin, gələcəkdə qatilinizə çevriləcək "Halis" ləri deyil.
Nərmin Nərimanova
Bakı Slavyan Universitetinin tələbəsi
(Mənbə: https://www.hurriyet.com.tr/galeri-bergen -kimdir-nasil-ve-kac-yasinda-oldu-bergenin -mezari-nerede-iste-bergenin-hayati-ve-olumu -42019915)