14 mart 2022 02:07
667

900 milyon funt sterlinqlik müqavilə dayandırılır

“Nike” şirkəti ”Çelsi” futbol klubu ilə 900 milyon funt sterlinqlik müqaviləni dayandırmağı planlayır.

“İki sahil” xəbər verir ki,  rusiyalı oliqarx Roman Abramoviçin aktivləri dondurulduqdan sonra ”Çelsi” klubunun gələcəyi təhlükə altına düşüb.

Buna görə ”Çelsi” klubunun forma tədarükçüsü “Nike” 2016-cı ildə bağlanmış 900 milyon funt sterlinqlik müqaviləni ləğv edəcək. “Nike” şirkətinin müqavilədən çıxması həm də Çelsi klubu üçün 540 milyon funt sterlinq itki deməkdir.

Qeyd edək ki, ”Çelsi” klubunun sponsorlarından biri olan “Three” firması da 40 milyon funt sterlinqlik müqaviləsini dayandırıb.