13 mart 2022 22:47
560

Belə hallar hər matçda olacaq - Samir Abasov

"Xoş tərəfi odur ki, sonadək mübarizə getdi. Gərginlik artsa da, nizam-intizamı qorumaq önəmlidir. Belə hallar hər matçda olacaq. Bu gün komandam haqqında ancaq xoş sözlər deyə bilərəm. Artıq rəqibin cərimə meydançasında daha çox qol epizodu yarada bilirik".

“İki sahil” xəbər verir ki,  bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIX tur matçından sonra deyib.