13 mart 2022 22:14
649

Azarkeşləri Messini fitə basdı

PSJ azarkeşləri Messini fitə basıb, klub prezidentini istefaya səsləyibFransanın PSJ klubunun azarkeşləri "Bordo"ya qarşı Liqa 1-in XXVIII tur matçında futbolçuları fitə basıblar.

“İki sahil” xəbər verir ki,  fanatlar Kilian Mbappedən başqa, bütün oyunçuların əleyhinə şüarlar səsləndiriblər.

Paris təmsilçisinin İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzaraq, Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırması tərəfdarların narazılığına səbəb olub. Onlar hətta klubun prezidenti Nasser Əl-Xəlaifini istefaya səsləyiblər.

Qeyd edək ki, PSJ - "Bordo" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.