27 fevral 2022 09:42
837

Beynəlxalq ictimaiyyət Xocalı soyqırımına biganə qalmamalıdır

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdik. Xocalı soyqırımı haqqında eşitmişəm, soyqırımı şəkillərini görmüşəm. Beynəlxalq ictimaiyyət bu soyqırımına biganə qalmamalıdır.
“İki sahil” xəbər verir ki, bu fikirləri ERE televiziya kanalının kommunikasiya rəhbəri Zeynəb Əmri Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş anım tədbirində AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, Xocalı soyqırımını şəkillərdə görüb, ancaq azad olmuş ərazilərdə törədilmiş urbisidi öz gözləri ilə görüb.
“Fransada yayımlanan ERE televiziya kanalının üzvləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olmuşam. Səfər çərçivəsində Ağdam şəhərində olduq və orada törədilmiş vəhşilikləri gözlərimizlə gördük.
Evlər, infrastruktur hər şey yer üzündən silinib. Ağdamda qəbiristanlığın məhv edilməsi bizi daha çox dəhşətə gətirdi. Qəbiristanlığı dağıtmaq əcdadların ruhuna göstərilən hörmətsizlikdir. Azad olunmuş torpaqlarda işğalçıların törətdikləri qəbuledilməzdir”,-deyə Z. Əmri bildirib.