26 fevral 2022 21:48
652

ABŞ-dakı səfirliyimizin qarşısında Xocalı soyqırımı ilə bağlı foto və plakatlar nümayiş etdirilib

Azərbaycanın ABŞ-dakı Səfirliyinin binası qarşısında Xocalı soyqırımını əks etdirən fotoşəkillər və faktların yer aldığı plakatlar nümayiş etdirilib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, plakatlarda səfirliyin ABŞ Konqres kitabxanasında topladığı “Nyu-York Tayms”, "Vaşinqton Post", “The Times” qəzetlərində və dünya mətbuatında yayımlanan materiallar əks olunub.

ABŞ ictimayyətini məlumatlandırmaq məqsədi ilə nümayiş etdirilən plakatlarda Xocalı dəhşətlərini əks etdirən fotolar da təqdim olunub.

Səfirlik binasının önündən keçən yerli sakinlər plakatlar vasitəsilə Xocalıda 30 il əvvəl baş verənlər haqqında məlumat əldə ediblər.