26 fevral 2022 20:56
596

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi Xocalı soyqırımına həsr olunan film hazırlayıb

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar film hazırlayıb.

"İki sahil" xəbər verir ki, ingilis dilində alt yazı ilə təqdim olunan materialda Xocalı soyqırımının dəhşətlərini əks etdirən orijinal videolardan istifadə olunub.

Materialda, həmçinin Birinci və İkinci Qarabağ müharibələrinə aid, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrini tərənnüm edən görüntülər var.

Kommunikasiya İdarəsinin rəsmi saytında paylaşılmış filmə aid mətndə yazılır: “İnsanlıq tarixinin utanc hərəkətlərindən olan Xocalı qətliamının il dönümündə Azərbaycan şəhidlərini rəhmətlə yad edirik”.