26 fevral 2022 20:47
713

Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksey Reznikov arasında telefon danışığı olub.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata əsasən, nazirlər telefon danışığı zamanı Ukraynadakı son hadisələri müzakirə ediblər.

Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardım göstərilməsi baxımından üzərinə düşəni etməyə davam edəcəyini bildirib.