26 fevral 2022 20:31
573

Azərbaycan Kikboksinq Federasiyası Xocalı soyqırımı ilə bağlı WAKO-ya müraciət ünvanlayıb

Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin sədri və fəxri prezidenti, Milli Məclisin sədr müavini Adil Əliyev Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beykerə məktubla müraciət edib.

"İki sahil" xəbər verir ki, müraciət məktubunda xalqımıza qarşı törədilən Xocalı soyqırımı ilə bağlı geniş məlumat verilib.

Günahsız həmvətənlərimizin qəddarcasına öldürülməsi, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı cinayətinə hələ də beynəlxalq ictimaiyyətin ədalətli qərar qəbul etməməsi diqqətə çatdırılıb.

A.Əliyev müraciət məktubunda soyqırımı qurbanlarının əziz xatirəsinin WAKO ofisində yad edilməsini, digər ölkələrdə olan idman federasiyalarına bu barədə məlumatların çatdırılmasını xahiş edib.