26 fevral 2022 23:05
755

ABŞ jurnalında Xocalı soyqırımından bəhs edilib

ABŞ-ın “Hollysprings Suburban” jurnalında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” tələbinin yer aldığı məlumat dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, Komitənin dəstəyi və Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının təşəbbüsü ilə yayılan məlumatda Xocalı soyqırımının 30-cu ildönümünə diqqət cəlb edilib. Amerikalı oxuculara “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına qoşulmağa çağırış edilib.

Qeyd edək ki, Azərbaycan Dostluq Təşkilatı ABŞ-da fəaliyyət göstərən yerli icmalarla dostluq əlaqələrinin yaradılması, Azərbaycanın mədəni irsinin və tarixinin tanıdılması məqsədilə təsis edilib. Təşkilatın rəhbəri Klemson Universitetinin məzunu, informasiya texnologiyaları üzrə elmlər doktoru Adika İqbaldır. O, Roli şəhərində "Qarabağ Azərbaycandır!", "Xocalıya ədalət!" kampaniyaları çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır.