26 fevral 2022 21:42
853

AMEA-nın gənc alimləri “Ana harayı” abidəsini ziyarət ediblər

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, gənc alimlər abidə önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının xatirəsinə dərin ehtiramlarını bildiriblər.