26 fevral 2022 19:04
697

Fransadakı Azərbaycan təşkilatları prezident Makrona müraciət edib

Fransadakı Azərbaycan diaspor təşkilatları prezident Emmanuel Makrona açıq məktubla müraciət edərək onu erməni hərbçilərinin Xocalıda törətdikləri cinayətləri rəsmən tanımağa və onlara siyasi-hüquqi qiymət verməyə çağırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Twitter" hesabında məlumat yayıb.

Fransadakı 10 Azərbaycan assosiasiyasının imzaladığı müraciətdə Xocalı faciəsi, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumat yer alıb.

Müraciətdə deyilir: “Ədalət zəfər çalmayana, insanlığa qarşı törədilən bu cinayəti törədənlər ədalət önünə çıxarılıb cəzalarını almayana qədər yaralarımız sağalmayacaq və ağrılar keçməyəcək”.

Müraciətin tam mətni ilə burada tanış olmaq olar.