"Pakistanın Azərbaycana dostluq və qardaşlığını hər zaman hiss etmişik".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı Pakistan Mədəniyyət Mərkəzində təşkil olunan sərgidə deyib.
O bildirib ki, xüsusilə də Vətən müharibəsi dövründə Pakistanın Azərbaycana verdiyi diplomatik dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Kamal Abdulla deyib ki, ADU-da fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzi bu ölkənin mədəniyyəti, dilinin təbliği və öyrədilməsində rol oynayır və gələcəkdə də bu rolu oynamağa davam edəcək.
Daha sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee sərginin iki ölkə arasında diplomatik münasibətlərin 30-cu il dönümü münasibətilə təşkil edilib. O iki ölkə arasında münasibətlərin yaxınlığını vurğulayıb.
Sərgidə çıxış edən millət vəkili, Pakistan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva deyib ki, Azərbaycan və Pakistan qardaş ölkələridir.
"Məsafələr önəmli deyil, əsas xalqların, millətlərin bir-birinə duyduğu sevgidir. Mən Pakistanda Azərbaycan xalqına qarşı bu yanaşmanı görmüşəm", - millət vəkili qeyd edib.
"Pakistan Qarabağ münaqişəsi dövründə Türkiyə ilə yanaşı bütün beynəlxalq platformalarda Azərbaycanın yanında olub. Pakistan Ermənistanla diplomatik əlaqələr qurmayıb, bu ölkənin işğalçılıq siyasətini kəskin şəkildə qınayıb", - o vurğulayıb.
Q.Paşayeva əlavə edib ki, Pakistan Senatı Xocalıda baş verənləri soyqırımı kimi tanıyıb.
Millət vəkili mədəni mərkəzlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini, mədəniyyətləri təbliğ etdiyini qeyd edib. O bildirib ki, Pakistanda da Azərbaycan dil və mədəniyyət mərkəzinin açılması istiqamətində işlər gedir.
Sonda sərgidə əsrləri nümayiş olunan rəssamlar mükafatlandırılıb.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib