Futbol üzrə İraq millisinin baş məşqçisi Dik Advokat istefa verib.
“İki sahil” xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Niderlandlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən ayrılıb. Yetmiş dörd yaşlı baş məşqçini köməkçisi Jelko Petroviçin əvəzləyəcəyi bildirilib.
Dik Advokat bu ilin iyununda İraq millisinin baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında “DÇ-2022”nin seçmə mərhələsində keçirdiyi 6 oyunda cəmi 4 xal toplaya bilib.
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB