Serxio Ramos sabah PSJ-də rəsmi debüt edə bilər.
“İki sahil” xəbər verir ki, onun adı “Mançester Siti”yə qarşı keçiriləcək oyunun iştirakçıları sırasına daxil edilib. Çempionlar Liqasının 5-ci turunun bu görüşü sabah gecə (00:00-da) İngiltərədə keçiriləcək.
Qeyd edək ki, 35 yaşlı oyunçu zədəsi səbəbindən 2021-ci ilin may ayından bəri bir oyundan da iştirak edə bilməyib. Bu yay “Real”la müqaviləsi başa çatan Ramos azad agent kimi PSJ-yə keçib.
Onun adı ilk dəfədir PSJ-nin oyunçusu kimi iştirak ərizəsinə salınır.
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB