Azərbaycan karateçisi İrina Zaretska ikinci dəfə dünya çempionu olması ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, BƏƏ-nin Dubay şəhərində keçirilən mundialda qızıl medal qazanan təmsilçimiz bu uğurunu inanılmaz hesab edir.
Üç il əvvəl İspaniyanın paytaxtı Madriddə dünya çempionluğunu ilk dəfə bayram edən Zaretska titulunu qoruması ilə bağlı yazıb:“Və... Hələ də dünya çempionuyam. İnanılmazdır”.
Qeyd edək ki, Zaretska bu il Tokioda keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB