İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç siyasət və irqçilik mövzusunda danışıb.
"İki sahil" "The Guardian"a istinadən xəbər verir ki, 40 yaşlı forvard ABŞ-ın "Los-Anceles Leykers" komandasında çıxış edən basketbolçu Lebron Ceyms haqqında dediklərini xatırladıb.
İsveçli forvard idmanın insanları birləşdirdiyini söyləyib: "Siyasət insanları bölür. Əgər irqçilikdən danışırıqsa, bu, başqadır. Mən siyasətlə məşğul deyiləm. Bunu etsəydim, indi prezident olardım. Lebron Ceymsi şəxsən tanımıram və onu mühakimə etməyi də düşünmürəm. İrqçiliyə qarşı nə fikirləşsə, haqlıdır. Çünki 50 min insanın sənə qaraçı deməsi də irqçilikdir. Amma mən siyasətlə yox, idmanla məşğulam".
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB