Özü heç nəyə yaramasa da, başqalarına irad tutmaqla çirkin niyyətlərini ört- basdır etməyə çalışanları atalarımız belə xarakterizə ediblər: «Bəyə, xana yaradı, keçəl qıza yaramadı.» Bu «etiket» AXCP sədri Əli Kərimlinin, onun kimi xarici qüvvələr tərəfindən idarə olunanların, başqalarının süfrələrinin artığına göz dikərək Azərbaycana qarşı təxribat törədən, «siyasi mühacir» adı altında gizlənənlərin boyuna biçilib.
Bütün dünya azərbaycanlılarının bir arzusu, niyyəti var idi ki, 30 il Ermənistanın əsarətində qalan torpaqlarımız azad olunsun. Köçkünlər doğma evlərinə qayıtsınlar. Çox təəssüf ki, özümüzdən olsalar da, erməni dərrakəlilərin öndə gedəni olan Əli Kərimli kimi «islahatçı sədr»in ətrafındakılar xalqımızın bu sevincinə də biganə qaldılar. Əksinə, 30 ildə bir dəfə də olsun hansısa beynəlxalq təşkilatda Azərbaycana qarşı təcavüzünü pisləməyən xəyanətkarlar ermənilər kimi məyus oldular. Xocalı soyqırımı da daxil olmaqla Başlıbel, Qaradağlı kimi digər faciələrimizdən söz açmadılar. Ölkədə siyasi plüralizmin, demokratiyanın təmin olunması üçün dəfələrlə siyasi partiyalarla təşkil olunan dialoqlardan, məsləhətləşmələrdən imtina edən radikallar-AXCP-nin və Müsavat Partiyasının sədrləri Əli Kərimli və Arif Hacılı bu cür humanist tədbirlərdə iştirak etməməklə xəyanətkarlıqlarını etiraf etməli oldular. Məqsəd də, səbəb də aydındır. «Yurd şefi» Əli Kərimli kimi Müsavat başqanı Arif Hacılı da xarici havadarlarından aldıqları qrantları milli təəssübdən üstün tutub başqa siyasi partiyalardan fərqli olaraq belə tədbirlərə qatılmırlar. Əvəzində Sevinc Osmanqızı, Qənimət Zahid kimi Vətənə xəyanət edənlərin yaratdıqları internet televiziyalarda Azərbaycana qarşı təxribatlarını davam etdirirlər.
Dünyanın çağdaş hərb tarixində Azərbaycanın İkinci Qarabağ müharibəsindəki döyüş əməliyyatları təcrübə kimi hələ də öyrənilir. Azərbaycan Milli Ordusunun rəşadət və döyüş qabiliyyətini nümunə göstərən hərbi ekspertlərdən fərqli olaraq əlikərimlilər Silahlı Qüvvələrimizə böhtan yağdırmaqdan, torpaqlarımız uğrunda qurban getmiş şəhidlərimizə hörmətsizlik etməkdən çəkinmirlər. Təkcə İkinci Qarabağ müharibəsində deyil, 30 ildə erməni təcavüzünün qurbanı olan şəhidlərimizin, günahsız insanların qətliamını, ağrı-acısını görməzdən gələn bu nadürüstlərdə xarici ölkələrdən Azərbaycana gələn qonaqlarda olan qeyrət belə yoxdur. Vətən müharibəsinin davam etdiyi günlərdə ermənilərin atdıqları raketlər nəticəsində Gəncədə, Bərdədə, Tərtərdə və digər bölgələrdə həlak olanların facisəinə üzülən xaricilərdən fərqli olaraq dinc əhalinin ermənilər tərəfindən qətlə yetirilməsinə biganə qalan bu soysuzlara veriləcək ad leksikonumuzda belə yoxdur. İşğaldan azad olunan ərazilərdə aparılan abadlıq, quruculuq, bərpa işlərini heyrətlə izləyən, Prezident, Ali Baş Komandan İlham Əliyevin liderlik təcrübəsinə heyran qalan diplomatlardan, xarici jurnalistlərdən fərqli olaraq Əli Kərimlini, onun qulbeçəsi, «Milli Şura»nın sədri Cəmil Həsənlini və yaxud xarici ölkələrdə havadarlarının qoltuğuna sığınan xəyanətkarları Şuşa Zəfəri, Suqovuşanın sevinci, Füzuli Beynəlxalq Hava Limanı, bütünlükdə türk dünyasının həmrəyliyini təmin edəcək Zəngəzur dəhlizinin açılması maraqlandırmır. Türkiyədə davamlı olaraq təşkil olunan terrorların təşkilatçısı «FETÖ»nun silahdaşı olan Əli Kərimli Türkiyə –Azərbaycan birliyindən də narahatdır. Təxribatlarını ermənilərin və radikal qüvvələrin maraqları baxımından təşkil edən Əli Kərimlinin «türkpərəstliyi» də qondarmadır. Həmişə erməni dayılarının mənafeyini müdafiə edən Əli Kərimlinin Azərbaycanın uğurlarına sevinməməsi öz soykökünü danmaqdır. Belə ki, zatını danan, azərbaycanlıları qətlə yetirən erməniləri müdafiə edən haramzadalardan olan Əli Kərimli, Arif Hacılı, Sevinc Osmanqızı, Qənimət Zahid, Vidadi İsgəndərli kimi bütün vətən xainləri bilməlidirlər ki, köpəyin hürüdüyü karvan artıq keçib. Əsası olmayan yalanlara, böhtanlara inanmayan Azərbaycan xalqı bu günlər Böyük Qayıdışın sevincini yaşayır. «Həyatda elə cümlə ol ki, sənə nöqtə qoymasınlar» hikmətini unudan Əli Kərimli üçün deyilib ki, şərəfli ölüm şərəfsiz həyatdan daha yaxşıdır. Hədəfsiz gəmiyə heç bir külək kömək etmədiyi kimi, Əli Kərimli hələ də yelkənsiz qayıq kimi daha çox qrant ayıran sifarişçinin limanına yan alır. Şeytanla belə işbirliyinə hazır olan Əli Kərimli unudur ki, xaricilərin qrantlarına uyğun apardığı təxribatlar, xəyanətlər zaman gələcək özünə qənim olacaq.
Xuraman İsmayılqızı, «İki sahil»
Şuşada daşların üzərinə yazılanlar mədəni irsimizə və tariximizə qarşı qəsddir - RƏY
Əsl qəhrəmanın adı qaya və qala divarları üzərinə deyil, ürəklərə, yaddaşlara yazılır