05 oktyabr 2021 13:39
914

Rusiya Premyer Liqasının prezidenti istefa verib

Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin vəzifəsindən ayrılıb.

"İki sahil" "Sport-Ekspress"ə istinadən xəbər verir ki, 60 yaşlı funksioner öz istəyi ilə istefa verib.

Qeyd edək ki, Sergey Pryadkin 2007-ci ildən qurumun prezidenti olub. O, yanvarın 16-da növbəti beş illik müddət üçün yenidən seçilmişdi.