05 oktyabr 2021 10:46
1030

Teymur Rəcəbov: Çempionlar Turu mənə xoş anlar yaşatdı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda ikinci mövsümün başlayacağı tarix açıqlanıb.

“İki sahil” xəbər verir ki, turnir 2022-ci ilin fevralında start götürəcək.

Onlayn yarışın ilk mövsümündə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov 2-ci, Şəhriyar Məmmədyarov isə 10-cu yeri tutub. Çempionlar Turunun qalibi isə Maqnus Karlsen olub.

Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında göstərdiyi nəticədən məmnun olduğunu söyləyib: "Mənim üçün çətin il oldu. Bu yarış həqiqətən mənə xoş anlar yaşatdı. Çempionlar Turu ilə bağlı gözəl xatirələrim var".