04 oktyabr 2021 16:33
831

Mahir Emrelinin qiyməti artacaq

Polşanın "Gransk" portalı "Legiya"da çıxış edən millimizin üzvü Mahir Emrelinin qiyməti ilə bağlı yazıb.

 

“İki sahil” xəbər verir ki, portalda 24 yaşlı hücumçunun qiymətinin artacağı vurğulanıb: “Demək olar ki, hər matçda qol vuran azərbaycanlı möhtəşəm hücumçu Mahir Emreli indi 1 milyon avro dəyərində qiymətləndirilir. Ancaq şübhəsiz ki, qiyməti artacaq".

Qeyd edək ki, Mahir “Legiya” ilə 18 oyunda 10 qol vurub.