“Qarabağ”ın futbolçusu Kadi Borqes Konfrans Liqasında həftənin ən yaxşı qolunun müəllifi seçilib.
“İki sahil” xəbər verir ki, onun II tur çərçivəsində “Omoniya”nın qapısından keçirdiyi birinci qol ən yaxşı adına layiq görülüb.
UEFA-nın azarkeşlər arasında apardığı səsvermədə braziliyalı yarımmüdafiəçinin 52-ci dəqiqədə uzaq məsafədən vurduğu bərabərlik topu digərlərindən çox səs toplayıb. O, Aleksandar Qlişiç (“Alaşkert”), Maksimilian Vittek (“Vitess”) və Ziqa Kousu (“Mura”) qabaqlayıb.
Qeyd edək ki, “Qarabağ” bu tur Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub edib. Kadi Borqes isə həmin görüşdə dubla imza atıb.