30 sentyabr 2021 17:04
895

Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında olub

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında olub.

“İki sahil” xəbər verir ki, icraçı vitse-prezident “Qəbələ” idman klubunun prezidenti Fariz Nəcəfovla birlikdə akademiyada hazırlıq keçən uşaqlarla görüşüb.

“Qəbələ” Futbol Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən E.Məmmədov yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib. Görüş çərçivəsində akademiyanın gələcək fəaliyyəti və futbolun inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub.

Xatırladaq ki, “Qəbələ” klubunun Premyer Liqada çıxışı və akademiyanın fəaliyyəti ilə bağlı mövsümün əvvəlində AFFA tərəfindən kluba maliyyə yardımı göstərilib.