30 sentyabr 2021 12:04
726

"Fənərbağça" futbolçu üçün transfer haqqını səhvən avtomobil şirkətinə ödəyib

Türkiyənin "Fənərbağça" klubu futbolçu Mixa Zaytsın keçidi üçün pulu səhvən avtomobil satışı üzrə şirkətə keçirib.

“İki sahil” xəbər verir ki, 2019-cu ildə heyətə cəlb olunan Zayt üçün İtaliya "Empoli"sinə 830 000 avro ödənişin son hissəsi 2020-ci ildə həyata keçirilib. Lakin bu məbləğ Niderlandın avtomobil alqı-satqı şirkətinə köçüb.

Şirkət pulu qaytarmaqdan imtina etdiyi üçün klub tərəfindən məhkəməyə verilib. 2021-ci ilin avqustunda məhkəmə "Fənərbağça"nın iddiasını təmin edib.