10 sentyabr 2021 15:48
1217

Şenol Günəş Türkiyə yığmasının baş məşqçisi postundan ayrılıb

Şenol Günəş Türkiyə futbol millisinin baş məşqçisi postundan ayrılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Futbol federasiyası açıqlama yayıb.

Açıqlamada Ş. Günəşlə qarşılıqlı anlaşma ilə yığmanın baş məşqçisi postundan ayrıldığı bildirilir.

Federasiya xidmətilərinə görə təcrübəli məşqçiyə təşəkkür edib.